Azeri  |  Russian  |  English
 

14 m x 3 m ölçüsündə LED və Totem monitor dəsti

 

Yüklərin qəbulu bölməsində yerləşən 2 ədəd 14 x 3 m LED ekran hava limanında mövcud reklam yerlərinin ən böyüyüdür. 72 kv. metrlik bu iri meqa LED ekran sayəsində sərnişinlərin heç biri reklamınızı görmədən yük salonundan çıxmayacaq! Yüklərinin tez və ya gec gəlməsindən asılı olmayaraq hər bir sərnişin reklamınızı bu nəhəng ekranların mükəmməl görüntüsü sayəsində unutmayacaq.
 

3,5 metr hündürlüyündə və 1,5 metr enində olan bu ayaqlı LED ekranlar sanki nümayiş bayramı təqdim edir. Bu ekranları istəyinizə uyğun olaraq 2 və ya 3 hissəyə bölmək mümkündür. Terminalın giriş hissəsində, gedən sərnişin gözləmə zalında, təyyarədən çıxış bölməsində, gediş pasport nəzarəti bölməsində və gedən sərnişin avtobus gözləmə bölməsində yerləşən stend totemlər sinxron şəkildə nümayişə başladıqda gözqamaşdıran və baxdıqca baxılacaq görüntüləri ilə möhtəşəm təsirə malik olacaq.